“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


23.12.2020  20:28 

Alimlərdən Xəzərin səviyyəsində təhlükəli enişlə bağlı proqnoz





A+  A-

Alman və niderlandlı alimlər Xəzər dənizinin səviyyəsinin təhlükəli enişi ilə bağlı proqnoz açıqlayıblar.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, dənizin səviyyəsi 2100-cü ilədək 9-18 metr enəcək. Tədqiqatların nəticələri “Nature Communications Earth & Environment” jurnalında dərc olunub. Qeyd edilir ki, bu problem ekoloji, iqtisadi və digər problemlərə səbəb olacaq.

Alimlərin sözlərinə görə, 1990-cı illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi hər il bir neçə santimetr düşür. 2100-cü ilə qədər isə su hövzəsinin sahəsinin təxminən ¼-i qədər azalacağı proqnozlaşdırılır.

Alimlər bu problemin koordinasiyalı həlli üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının himayəsi altında yox olmaqda olan göllər üzrə beynəlxalq işçi qrupu yaratmağa çağırırlar.

Xəbər 1448 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +