İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.02.2020  12:08 

İtinə görə Çindən ayrılmadı - Zelenski ona zəng vurdu





A+  A-

Ötən gün koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyyə olunub.
XəzərNews.az-ın “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü ilə Ukraynaya aparmağa icazə verməyib.

Ukraynanın Çindəki səfirliyi açıqlama yayaraq bildirib ki, Mişanın sahibi ilə Çindən çıxarılması üçün əllərindən gələni etsələr də, Çin səlahiyyətlilərindən icazə ala bilməyiblər.

“Səfirlik bir neçə dəfə Çinin dövlət orqanlarına müraciət etdi və Anastasiyaya iti ilə Uhandan uçmaq üçün fürsət vermələrini istədi. Ancaq karantin tədbirləri səbəbiylə Çin səlahiyyətliləri xanım Anastasiyanın ev heyvanını evakuasiya etməyə razılıq vermədilər. Buna səbəb Anastasiyanın iti xaricə aparmaq üçün lazımi sənədlərinin olmamasıdır”.

Səfirlik izah edib ki, ÇXR ərazisindən ev heyvanlarının idxalı və ixracı qaydası bu ölkənin səlahiyyətli orqanlarının müstəsna səlahiyyətidir. Əlavə ediblər ki, Anastasiyaya ev heyvanını müvəqqəti olaraq heyvanlar üçün bir otelə yerləşdirməyi təklif ediblər, amma o, bundan imtina edib.

Ukraynanın “Business Media” nəşri yazır ki, Prezident Vladimir Zelenski Anastasiya Zinçenkoya zəng edib. O, vəziyyəti şəxsən nəzarətinə götürəcəyinə söz verib.

Öz növbəsində Zinçenko, yaxın zamanda iti ilə birlikdə vətəninə dönəcəyinə ümid etdiyini söyləyib. Prezident onun Ukraynaya evakuasiya prosesinin artıq hazırlandığını açıqlayıb.

Xəbər 1274 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +