“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.02.2020  16:23 

Qəzaya düşən təyyarənin pilotlarına qarşı cinayət işi açıldı





A+  A-

Anadolu Cümhuriyyət Baş Prokurroluğunda İstanbulda Sabiha Gökçen Hava limanında qəzaya düşən təyyarənin pilotlarına qarşı cinayət işi açılıb.
XəzərNews.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hər iki pilot “iki və daha çox insanın ölümü və xəsarət almasına səbəb olma” maddəsi üzrə ittiham olunurlar.

Bildirilir ki, pilotların xəstəxanada müalicələri yükunlaşdıqdan sonra dindirilmək üçün polis şöbəsinə aparılacaqlar. Pilot Mahmut A. və cənubi koreyalı pilot Ferdinant P.-nin içkili və ya narkotik maddənin təsiri altında olub-olmadığını müəyyən etmək üçün onlardan qan nümunəsi götürüləcək.

Həmçinin, prokurorluq iki pilotun mobil telefonlarının məhkəmə qərarı ilə müsadirə edilməsini də tələb edib.

Xatırladaq ki, “Pegasus” hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəsarət alıb.

Xəbər 1927 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +