İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.01.2020  10:58 

Fransa polisi küçədə gecələyən 21 azərbaycanlını saxladı





A+  A-

Fransanın paytaxtı Parisdə küçədə yaşayan 1400 nəfər idman zalları və yataqxanalara yerləşdirilib.
XəzərNews.az "Report”a istinadən xəbər verir ki, həmin şəxslərin arasında Azərbaycan vətəndaşları da var.

Belə ki, Parisin şimal-şərqində yerləşən "Aubervilliers” məhəllləsində yol kənarlarında gecələyən və qanunsuz yollarla ölkəyə gələn miqrantlar polisin keçirdiyi genişmiqyaslı əməliyyatla saxlanılaraq idman zalları və yataqxanalara yerləşdiriliblər. Onların arasında miqrasiya polisinə kimliklərini təsdiq edən hər hansı bir sənəd verməyən və əksəriyyəti gizli olaraq Almaniya, Niderland və Belçikadan qaçaraq Fransaya gələn 21 Azərbaycan vətəndaşı da olub.

Fransa polisi "Təhlükəsiz ölkə” kateqoriyasına aid ölkə vətəndaşlarının kimlikləri barədə düzgün məlumat almaq üçün səfirliklərə müraciət edib.

Qeyd edək ki, hazırda Fransada ölkəyə qanunsuz yollarla gələn şəxslərin sürətli deportasiyası üçün xüsusi mərkəzlərin inşası müzakirə edilir. Həmin mərkəzlərin hava limanları yaxınlığında inşa edilməsi gözlənilir.

Xəbər 1203 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +