“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


08.01.2020  09:15 

Avstriyada müdafiə naziri qadın oldu





A+  A-

Avstriya Xalq Partiyasının təmsilçisi Klaudia Tanner Federal Müdafiə Nazirliyinə rəhbərlik edən ilk qadın kimi ölkə tarixinə düşüb.
XəzərNews.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, yanvarın 7-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi “Hofburq“ sarayında yeni qurulmuş federal hökumətin andiçmə mərasimi zamanı ictimaiyyətə təqdim olunub.

K.Tanner nazir səlahiyyətlərini qəbul edərkən qarşıda çətin və yoxuşlu bir yolun durduğunu, orduda perspektivli resurs və strukturlar, müasir texniki baza və silahlara ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, yeni hökumət nazirlər və dövlət katibləri daxil olmaqla, 17 nəfərdən ibarətdir

Daha əvvəl isə Avstriya Prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Bununla da Kurtsun kansler kimi ikinci fəaliyyət dövrü başlayıb.

Xəbər 880 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +