İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.12.2018  10:28 

Məşhur uşaq markası 40 milyard itirdi - Xərçəng yaratdığını bilirmiş...





A+  A-

ABŞ-ın məşhur uşaq markası olan “Johnson & Johnson” şirkəti 39,8 milyard dollar itirib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məlum olub ki, şirkət illərdir uşaq kirşanının (“prisıpka”) tərkibində sağlamlıq üçün təhlükəli olan asbestin olmasından xəbərdardır və bunu gizlədib. Xəbərin yayılmasından sonra şirkət tarixinin ən ağır günlərini yaşayır.

“Johnson & Johnson” yayılan iddiaları təkzib edib, onu birtərəfli, yalan və təhrikedici adlandırıb.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Missuri ştatının məhkəməsi kosmetik məhsul istehsalçısını həmin şirkətin məhsullarından istifadə edərək xərçəngə yaxalandığını iddia edən qadına 55 milyon dollar ödəməyə məcbur etmişdi.

Cari ildə isə Missuri məhkəməsi “Johnson & Johnson”un üzərinə 22 qadına 4,69 milyard dollar ödəməklə bağlı öhdəlik qoyub.

Qeyd edək ki, 1886-cı ildə yaradılan şirkət dünyanın ən iri kosmetik və sanitar-gigiyenik məhsul istehsaçılarındadır.

Xəbər 1232 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +