İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.10.2018  12:58 

Erməni parlamenti iclasa başlaya bilmir





A+  A-

Ermənistan parlamentinin bu gün keçirilməsi planlaşdırılan növbəti iclası baş tutmaya bilər.
XəzərNews.az xəbər verir ki, iclas kvorumun olmamasına görə ləğv olunma təhlükəsi ilə qarşı-qarşıyadır. Parlament sədri Ara Babloyan reqlamentə uyğun olaraq həmkarlarını gözləməyi, yetərsay təmin olunacağı halda iclası keçirməyi təklif edib.

Qeyd edilir ki, iclas zalında hazırda lazım olan 53 deputatdan cəmi 41-i iştirak edir.

Ermənistan prezidenti Armen Sarkisyan isə ölkədə baş verən son situasiyanı müzakirə etmək üçün baş nazir Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

Sarkisyan baş naziri təmkinli olmağa çağırıb. O, yaranmış vəziyyətdən konstitusiya və qanunlar çərçivəsində danışıqlar və dialoq yolu ilə çıxmağın mümkünlüyünü ifadə edib.

Xəbər 1056 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +