“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.08.2018  11:21 

“Dünyanın ən yoxsul prezidenti” təqaüdündən imtina etdi





A+  A-

Sadə və kasıb həyat tərzinə görə “Dünyanın ən yoxsul prezidenti” ləqəbi ilə tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika ona ayrılan senatorluq təqaüdündən imtina edib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, prezidentlik müddəti bitdikdən sonra 2015-ci ildən Uruqvay Senatına seçilən Muxika bu ilin avqustun əvvəlindən postunu tərk edib. 2020-ci ilədək senat olmaq hüququ qalan eks-prezident öz ərizəsi ilə vəzifəsindən gedib. O, təqaüdündən də imtina edib.

83 yaşlı Muxika ömrünün 14 ilini hərbi həbsxanalarda keçirib. Kasıb həyat tərzi sürən Xose prezident olduğu müddətdə xanımı ilə paytaxt Montevideonun yaxınlığındakı fermada yaşayıb. Muxika gəlirlərinin 90%-ni xeyriyyə məqsədilə xərcləyib.

Xəbər 879 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +