İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.07.2018  17:12 

Kılıçdaroğluna qarşı araşdırma başlanıldı





A+  A-

CHP rəhbəri Kemal Kılıçdaroğlu bu dəfə Türkiyə prezidentini təhqir etmə maddəsi ilə ittiham olunur.
XəzərNews.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Klıçdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın karikaturasını öz Twitter hesabında paylaşıb.

Ankara Respublika Baş prokurorluğu Prezidenti təhqir etmə ittihamı ilə istintaq işi başladıb.

CHP rəhbəri Kılıçdaroğlu “Tayyipler alemi” paylaşmasında Ərdoğanın karikaturasımı paylaşıb.

O dünən partiyasının Milli Məclisin binasındakı iclasında bu karikaturanı Twitter hesabında paylaşacağına söz verib. Kılıçdaroğlu bu karikaturanı paylaşmağı həmçinin partiyanın millət vəkillərinə də tapşırıb.

O həmçinin bu paylaşmasında “Tənqidə və satiraya dözəcəksən və dözməlisən. (İnsanları) həbsə ataraq tənqidin və satiranın qarşısına keçə bilməzsən” şərhini verib.

Qeyd edək ki, Anadolu 20-ci Asliye Hüquq məhkəməsi CHP rəhbəri Kemal Kılıçdaroğluna 359 min lirə cəza verib. O, Rəcəb Tayyib Ərdoğan və ailəsinin Man adasına pul köçürmələri etdiyi iddiasına görə bu məbləğdə mənəvi təzminat ödəməyə məhkum edilib.

Xəbər 1249 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +