İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.06.2018  13:32 

Putin də Kim Çen Inla görüşəcək





A+  A-

Rusiya prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen Inın görüşü sentyabrda baş tuta bilər.
XəzərNews.az “Ria Novosti”yə istinadən xəbər verir ki, görüşün Vladivastokda Şərq İqtisadi Forumu çərçivəsində olacağı ehtimal olunur.

“Ria Novosti” bu məlumatı bir neçə diplomatik mənbələrə istinadən yayıb.

Mənbələrdən biri görüşün Şərq İqtisadi Forumunda baş tutacağını mümkün olduğunu vurğulayaraq, Putinin məktubuna cavab gözlənildiyini bildirib.

Bu ehtimalı həmçinin birinci vitse-spiker İvan Melnikov da təsdiqləyib.

O Şimali Koreya parlament üzvləri ilə görüşdə bu barədə bəyanat verib.

“Biz xarici işlər nazirimiz Sergey Lavrovun sizin ölkəyə səfərini diqqətlə izləyirdik. Biz həmçinin onun prezident Putinin yoldaş Kim Çen Ina məktubunu və sentyabrda Vladivastokda keçiriləcək 4-cü Şərq İqtisadi Forumda rəsmi səfərdə olmağı haqda dəvətini də diqqətdə saxlayırıq” – Malnikov bildirib.

Qeyd edək ki, mayın 31-də Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya paytaxtı Pxenyana səfər edərək ölkə lideri Kim Çen Inla rəsmi görüş keçirib. Görüşdə o Kim Çen Inı Rusiyaya dəvət edərək ona “Sirlər sandıqçası” və Rusiya prezidenti Vladimir Putinin bağlı məktubunu verib.

Xəbər 924 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +