Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Formu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


24.01.2018  18:23 

Qənirə Paşayevadan AŞPA-ya sərt ittiham





A+  A-

“AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi, “Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz, ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq” deyənlər Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-ya dəvət edib, çıxış verdilər”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

O daha sonra bildirib:

“Rusiyanın Assambleyada təkrar fəaliyyətinə dair qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz. AŞPA-nın 1416 saylı qətnaməsi də daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verirlər.

Həm də işğalçı ölkənin işğal prosesində iştirakını növbəti dəfə də fəxrlə deyən prezidentinə təriflər yağdıraraq. Belə çıxır ki işğal edilən xristian ölkəsi torpağıdırsa, onu törədənlərə qarşı sərt mövqe ortaya qoyulur, amma işğal edilən müsəlman ölkənin torpağıdırsa, işğalçı hətta mükafatlandırılır. Budur bu təşkilatdakı növbəti dəfə şahid olunan mənzərə, dəhşətli ikili standartlar.

Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Sarkisyana sual üçün yazılmışdı və təbii ki, o, çıxışa gəlməzdən öncə siyahını görmüşdü. Çünki suala yazılanların siyahısını hər kəs görə bilir. Ona görə də rəsmi olaraq çıxış və suallara cavab üçün ayrılan bir saatın yarısını onu ifşa edəcək suallardan qaçmaq qaçmaq üçün çıxışına ayırdı və çıxışını uzatdı. Prosedur qaydalara görə əvvəlcə AŞPA qruplarının təmsilçiləri sonra ölkələr üzrə millət vəkillərinin sualları cavablandırılır.

Sarkisyan qrup təmsilçilərinin suallarını qəsdən o qədər uzun cavablar verirdi ki millət vəkillərinə sual çatmasın və nəticəsə ölkələr üzrə sadəcə iki millət vəkili sual verə bildi və onlardan ikincisi və sonuncusu nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu. Son dəiqələrdə çatdı zaman Səməd müəllimə. Səməd müəllim prosedur olaraq hər millət vəkilinin sual verilməsi üçün ayrılan 30 saniyədə əslində Sarkisyanı tamamilə ifşa etdi və Assambleyaya onun əslində nə qədər yalan danışdığını bəyan etmiş oldu. Sarkisyan zamanı niyə uzadırdı bunu hamımız bilirdik, çünki daha çox ifşa olunacağını çox gözəl bilirdi... Amma bu yalanları danışan işğalçı qədər də ona burada çıxış imkanı yaradanları qınayırıq. İşğalçılar arasında fərq qoyulmamalıdır..."

Deputatın bildirdiyinə görə, torpaqlarımızı hərbi yolla azad etmək gücünü daha da artırmalıyıq:

“Allah dövlətimizə və ordumuza yardımçı olsun. Qarşımızda çox həyasız bir düşmən var. Bu gün işğalçı Sarkisyanın çıxışı bir daha bunu göstərdi. Təəssüf ki, xristian həmrəyliyi daha da güclənir. Bu faktor da çox ciddi məsələdir”.

Xəbər 1230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +