İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.05.2017  13:12 

“Dişlərim, saçım tökülüb“ - Könül Xasıyeva





A+  A-

İki ildir səhhətində problem olan xalq artisti Könül Xasıyeva “10-dan sonra” verilişinə qatılıb.
XəzərNews.az-ın məlumatına görə, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkdiyini deyib:

“Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı atam-anam var. Dəri xərçəngi ilə bağlı yazı çıxmışdı. Kimsə bunu anama deyib. Şəkər xəstəsidir, təzyiqi var, çox çətin anlar yaşayıb. Düzdür, səhhətimlə bağlı bəzi problemlərim var, övladım da xəstədir. Ancaq mən dəri xərçəngindən əziyyət çəkmirəm. Ömrümün 6 ilini övladıma həsr elədim, heç kimə bildirmədim. Özüm o yükün altına tək girdim. Oğlum Kazımın indi 9 yaşı var. 3 yaşından narahtdır. Son 2 ildə vəziyyəti daha da pisləşib. Hər şeydən geri çəkildim. Evimi, maşınımı oğlumun yolunda qurban elədim. Amma əvəzində balamı, çox şükür, ikinci dəfə qazandım.

Hər il özüm müalicələr götürürəm. Kazımla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlər çoxaldı. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram.

Allah ömür verərsə, yaşayaramsa, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəlki kimi davam edəcək".

K.Xasıyeva ölkə başçısına müraciət etdiyini söyləyib:

"Müəyyən problemlərimi ölkə başçısına yazıb göndərmişəm. İnşallah bu gəlişimdən sonra nəticə olar”.

K.Xasıyeva övladına görə yaşamaq istədiyini bildirib:

“Ölüm haqdır. Amma övlad olanda insan yaşamaq istəyir. Saçlarım, dişlərim tökülüb. Gündəlik həyatda pariklə gəzirəm. Jurnalistlərdən xahiş edirəm, o görüntüləri yaymasınlar".

Qeyd edək ki, daha sonra Hacı Nuran telefonla efirə qoşularaq “Həyat” fondunun Könül Xasıyevaya kömək edəcəyini bildirib.

Xəbər 3421 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +