İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


22.04.2017  11:44 

“Bu qanun ölkənin imicinə ciddi zərbə vuracaq” - Deputatdan sərt QINAQ





A+  A-

Qüdrət Həsənquliyev: “Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, Prezident bu qanunu imzalamayacaq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə etiraz edib. O, deputatın mandatdan çox asanlıqla məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxaraq, sənədi hazırlayan həımkarlarını qınayıb.

XəzərNews.az-ın Modern.az-a istinadən məlumatına görə, Q.Həsənquliyev sözügedən qanun layihəsilə bağlı deyib:

- Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir: İcra, məhkəmə və qanunvericilik hakimiyyəti. Konstitusiyaya əsasən hakimiyyətin hər üç qolu qarşılıqlı fəaliyyət göstərir və bir birilərinə nəzarət edirlər. Konstitusiyanın 107-ci maddəsinə əsasən Prezident ağır cinayət törətdikdə vəzifəsindən mərhum edilə bilər və bu prosesdə həm Konstitusiya Məhkəməsi, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Konstitusiyanın 128-ci maddəsinə əsasən, hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla bilər və bu prosesdə həm Prezident, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Amma təssüf ki, hazırda Konstitusiyaya zidd olaraq hakimlər cinayət törətməsələr də Məhkəmə Hüquq Şurası tərəfindən intizam məsuliyyətinə cəlb etməklə, onların vəzifə səlahiyyətlərinə xitam verirlər. Konstitusiyaya edilən son dəyişikliklərə görə hakimiyyətin digər iki qanadının təmsilçilərindən fərqli olaraq deputat etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum edilr. Hazırda bu normanıın tətbiqi prosesi belə təklif olunur ki, 5 il ərzində deputata 3 dəfə töhmət verilərsə o Milli Məclis tərəfindən mandatdan məhrum edilir.Yəni hakimiyyətin digər iki qanadına tətbiq olunması nəzərdə tutulan prosedurdan fərli olaraq bu prosesdə hakimiyyətin digər qanadları iştirak etmir. Halbuki, bu qarşılıqlı nəzarət baxımından vacibdir və hüquq düşüncəsi, hüquq mədəniyyəti bunu tələb edir. Əgər təklif olunan layihə qəbul olunsa deputatı mandatdan məhrum etmək adi bir ixtisassız işçini işdən çıxarmaqdan daha asan olacaq. Çünki Əmək Məcəlləsinin 190-cı maddəsinə görə işçiyə verilən töhmət 6 ay qüvvədə olur və vaxtından əvvəl götürülə bilər. O cümlədən işçi hər hansı mükafat alarsa töhmət qüvvəsini itirir. Eyni zamanda işçi bu qərardan məhkəməyə şikayət edə bilər. Deputata verilən töhmət isə 5 il qüvvədə qalır və onun məhkəməyə şikayət hüququ nəzərdə tutulmur. Deputatı mandatdan mərhum edərkən Milli Məclis həm qanun qəbul edən, həm də onu tətbiq edən orqan kimi çıxış edir ki, bu da Konstitusiyaya ziddir. Qanun pozuntusunu məhkəmə qiymətləndirməli olduğu halda o bu prosesdə iştirak etmir. Deputat Konstitusiyanın 61-ci maddəsinə zidd olaraq özünü müdafiə üçün keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum edilir.
Nəzərə alsaq ki, parlamentdə müxalifət təmsilçiləri və bitərəflər fəaliyyət göstərir, qanun parlament çoxluğuna imkan verəcək ki, xalqın mandat verməsinə baxmayaraq, istənilən xoşlamadığı deputatı mandatdan məhrum etsin. Ən təəccüblüsü isə odur ki, layihənin müəlliflərinin özləri də deputatdır.

"Deputatlar onları aşağılayan belə bir qanuna səs verəcəklərmi" sualına Q.Həsənquliyevin cavabı belə olub:

- Sözün doğrusu, mən deputatlardan daha cox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik. Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq.

Xəbər 1283 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +