16.02.2017 16:14
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
XəzərNews.az-ın xəbərinə görə, Müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Öz növbəsində general C.Danford Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.
Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.
Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Zakir Həsənov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə də görüşüb.
Qonaqları salamlayan Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.
"Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku - 2017” müsabiqəsinin təşkilində və bilavasitə iştiraka görə Azərbaycana təşəkkürünü bildirən qonaq, bu cür tədbirlərin keçirilməsinin iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda ordu generalı V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
|
09.05.2024 18:30
09.05.2024 12:34
09.05.2024 11:26
Dövlət qurumu ilə diaspor strukturları arasında koordinasiya problemi var - Mərkəz rəhbəri
09.05.2024 09:40
09.05.2024 09:29
08.05.2024 11:49
08.05.2024 11:34
08.05.2024 11:22
Mesopotamiya Ekspresi: Türkiyənin Ən Yeni və Populyar Turist Qatar Marşrutu -Fotolar
08.05.2024 10:08
İda dağında macəralar: tarix, mədəniyyət və təbiət qarışığı -Fotolar
07.05.2024 17:29
06.05.2024 12:45
06.05.2024 12:40
06.05.2024 09:31
Layihələri öz hesabıma reallaşdırıram – Kanadada məktəb rəhbəri
05.05.2024 15:54
04.05.2024 16:54
04.05.2024 11:05
Ramanada uşaq poliklinikasında antisanitariya hökm sürür– TƏBİB-dən isə MARAQLI AÇIQLAMA
04.05.2024 10:46
04.05.2024 10:34
03.05.2024 15:57
“Bəzi beynəlxalq qurumlar Azərbaycana təzyiqləri artırır“ - Ekspert
03.05.2024 14:51
02.05.2024 18:25
02.05.2024 17:49
02.05.2024 17:39
Gənclərimiz Azərbaycan universitetlərində oxumalıdır - Diaspor fəalı
02.05.2024 09:43
01.05.2024 12:09
01.05.2024 11:21
01.05.2024 11:09
30.04.2024 20:04
30.04.2024 18:37
30.04.2024 18:24
Rasim Musabəyovun Başkəndlə bağlı fikirləri aranı qatdı: “O, nə kəndin ərazisini tanıyır, nə də...“
30.04.2024 18:20