Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


15.03.2024  16:20 

Ceyhun Bayramov İliya Darçiaşvili ilə görüşüb





A+  A-

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

XİN-dən Xəzərnews.az -a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, həmçinin postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yülsək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd ediblər.

Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını diqqətə çatdırıb.

Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir etdiyi diqqətə çatdırılıb.

Nazir İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Gürcüstanın bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Xəbər 207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +