İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.02.2024  09:00 

Çadda müxalifət rəhbərlərindən biri həbs edilib





A+  A-

Çadın təhlükəsizlik qüvvələri əsas müxalifətçilərdən birini və eyni zamanda dövlət başçısının əmisi, general Sale Debi İtnonu həbs edərək Prezident Administrasiyasına aparıblar.

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Tchad One" portalı mənbələrə istinadən məlumat yayıb.

Həbs generalın evinə basqın edildikdən sonra baş verib. Fevralın 10-da o, hakim Vətənpərvər Qurtuluş Hərəkatı (PSM) partiyasını tərk edərək Çadın əsas müxalifət partiyası olan “Sərhədsiz Sosialist Partiyası”na keçib. Əvvəllər təşkilata generalın böyük qardaşı, mərhum eks-prezident İdris Debi İtno, indi isə onun oğlu və generalın qardaşı oğlu, Prezident Mahamat İdris Debi İtno rəhbərlik edir. Portalın məlumatına görə, fevralın 28-də Sale Debi İtnonun evində yerləşən Milli Təhlükəsizlik Agentliyinin qərargahına basqın zamanı qurumun sədri Yaya Dillo öldürülüb. Onun meyiti naməlum istiqamətə aparılıb. Məlumata görə, Sale Debi Itno da oxşar aqibətlə üzləşə bilər.

Çadın keçid dövrü Prezidenti Mahamat İdriss Debi İtno Ndjamenadakı Milli Təhlükəsizlik Agentliyinin qərargahına hücum edən müxalif “Sərhədsiz Sosialist Partiyası”nın bütün fəallarının dərhal həbs olunmasını əmr edib.

Xəbər 300 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +