İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.04.2022  11:17 

12 yaşlı Əlinin öldüyü qəzanın təfərrüatları - Məhkəmə





A+  A-

Ötən il dekabrın 31-də Xətai rayonu 8 Noyabr prospektində 12 yaşlı Əli Nuruşovun ölümü ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

XəzərNews.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Əli Nuruşov 59 saylı məktəbin 6-cı sinif şagirdi olub. Dekabrın 30-da saat 23 radələrində anası yuxuya gedəndən sonra Əli və bacıları KFC-dən yemək sifariş etmək qərarına gəliblər. Onlar analarının mobil telefonunda proqrama daxil olaraq restoranlar şəbəkəsinin Həzi Aslanov filialından yemək sifariş ediblər və təyinat nöqtəsini qeyd edib sifarişi başa çatdırıblar. 31 dekabr 2021-ci il tarixdə saat 00:16 dəqiqədə kuryer zəng edərək onların sifariş etdiyi yeməyi yaşadıqları binanın qarşısındakı avtobus dayanacağına gətirdiyini bildirib. Bacıları Əlini yeməyi götürmək üçün binanın qarşısına göndəriblər. Əlinin qayıtmadığını görən bacıları daha sonra narahatlıq keçirərək evlərinin yaxınlığında olan “Günəş” marketə gediblər. Bir az sonra isə Əlinin 8 Noyabr prospektini keçərkən C.Salmanovun idarə etdiyi “Kia Rio” markalı avtomobillə vurulması və hadisə yerində vəfat etməsi məlum olub.

Məhkəmədə ifadə verən sürücü, 2000-ci il təvəllüdlü C.Salmanov gecə 8 Noyabr prospekti ilə hərəkətdə olarkən qarşısındakı avtomobilin önündən qaçan uşağın qəfil onun maşınının önünə çıxdığını və məsafə çox az olduğu üçün qəzadan yayına bilmədiyini bildirib.

Ekspertiza rəyinə əsasən məlum olub ki, hadisə vaxtı taksi fəaliyyəti ilə məşğul olan avtomobil saatda 70 kilometr sürətlə hərəkətdə olub. Sürücü dərhal maşını saxlayaraq təcili tibbi yardım çağırıb və Əliyə kömək etməyə çalışıb.

Məhkəmədə vəfat edən uşağın valideyni qəzanı törədən sürücünü bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildirib.

Xətai Rayon Məhkəməsi sürücünü Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – etiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. Onun 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verilib.



Xəbər 1284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +