Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


27.07.2017  10:24 

Prezidentin qovduğu başçıya etiraz - Qanunsuz bina tikdirir





A+  A-

Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər rayonun keçmiş icra başçısı İbrahim Mehdiyevin verdiyi sərəncamdan şikayətçidirlər.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən sakinlər bildirib ki, həyətlərində yaşıllıqların məhv edilərək hündürmərtəbəli binaların tikilməsindən narahatdırlar: “5 ünvanı üzrə həyətdə 3 ədəd 9 mərtəbəli çoxbloklu, 1 ədəd 5 mərtəbəli yaşayış binası var. Həyət 4-bucaqlı formasında qapalıdır.

Yaşadığımız binalarda 300-dən artıq mənzil mövcuddur. Həyətdə ağacların kəsilməsinə etiraz etdikdə, tikinti şirkəti tərəfindən bu həyətdə 3 fin evinin sökülərək yerində hündürmərtəbəli bina tikiləcəyi bildirildi. Sakinlər aidiyyatı qurumlara ərizəylə müraciət etdi. Bu müraciətlərdən sonra həyətdə söküntü işləri dayandırıldı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ayrı-ayrı vaxtlarda həyətə gəldilər və bu həyətdə hündürmərtəbəli binanın tikintisinin tikinti norma və şəhərsalma qaydalarına zidd olduğunu bildirdilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə ünvanladığı 1 may 2017-ci il və 16 may 2017-ci il tarixli məktublarda göstərilən həyətdə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı qeyd edilib. Ancaq buna baxmayaraq İbrahim Mehdiyev tərəfindən Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi, 30, 32, 34 saylı ünvanlarda sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində “ELİTE CİTY” MMC-ə 2 girişli yeni yaşayış binasının tikintisinə dair 21.06.2017-ci il tarixli 191 saylı sərəncam verilib.

Biz buna etiraz olaraq 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamın ləğvinə dair iddia qaldırmışıq. Aidiyyatı qurumlardan qanunsuz tikinti işlərinin aparılmasının dayandırılmasını, 300-ə yaxın ailənin yaşadığı həyətin abadlaşdırılmasını, yaşıllıqlar salınmasına göstəriş verilməsini xahiş edirik”.

Xəbər 1395 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +