Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


14.02.2017  22:05 

3 gün əvvəl şəhid oldu, yaxınlarda uşağı doğulacaq... - Reportaj





A+  A-


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Fuad Qafarov şəhid olmamışdan öncə atasına zəng vurur. Onunla və əmisi ilə görüşmək istədiyini bildirir.

XəzərNews.az lent.az-ın hazırladığı reportajı təqdim edir:

Şəhid olmamışdan bir neçə saat öncə də atası Fərhad Qafarov və həyat yoldaşı ilə telefonla danışır. Azyaşlı övladını və tezliklə ana olmağa hazırlaşan həyat yoldaşının səhhətini soruşur: "Təxminən 20 gün bundan öncə zəng elədi ki, əmimi də götür gəl sizinlə görüşmək istəyirəm. Görüşdük. Apardı bizə xidmət elədiyi əraziləri, düşmən postlarını göstərdi. Ruh yüksəkliyi var idi. Hərtərəfli insan idi. Şəhid olmamışdan öncə mənə zəng vurmuşdu. Dedi ki, tabeliyimdə olan əsgərlərdən cavabdehəm, başımla cavab verirəm. Elə başından da getdi. Bir saat qabaq da həyat yoldaşına zəng vurub".

Niyazabad kənd orta məktəbində təhsil alan şəhid Fuad Qafarovu müəllimləri də xoş sözlərlə xatırlayır.

Məktəbin direktoru Əmirxan Sərdarov deyir ki, Fuad məktəb illərində öz ədəb-ərkanı ilə seçilən şagirdlərdən olub: "Məktəbin 9-cu sinfini 2003-cü ildə bitirib, sonra təhsilini rayonda davam etdirib. Hərbi xidmətdə də, məktəb illərində də onun Vətənə, torpağa bağlılığını müəllimləri də təsdiqləyir".

Müəllimi Nazim Mövlanov da onunla fəxr etdiklərini bildirib: "Bütün müəllim kollektivi, bütün kənd onu layiqli, tərbiyəli oğlan kimi tanıyırdı. Vətənin, həmyerlilərinin fəxr edə biləcəyi bir gənc idi. Biz çox təəssüf edirik ki, onun taleyi belə yekunlaşdı. Ancaq o, bizim qəlbimizdədir, ruhu bizim xalqımızladır. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Fuad Qafarov fevralın 11-də axşam saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdən mövqelərimizi atəşə tutmasının qarşısı alınarkən atışmada şəhid olub.



Xəbər 3481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +