Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


28.07.2023  16:09 

Azərbaycanın hava məkanına müdaxilə: Separatçıların radiomaneə yaradan bazaları legitim hədəfdir





A+  A-

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçılar Bakı-Füzuli, udapeşt-Bakı, Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən sərnişin təyyarələrinə radiomaneələr tətbiq edirlər.

Bu hadisə ilə Azərbaycan-Ermənistan sülh danışıqları üzrə əldə edilmiş nəticələri sabotaj etmək məqsədləri üzə çıxır və onları belə xarakterizə etmək olar:

- Azərbaycanı beynəlxalq aləmin gözündə uçuş təhlükəsizliyini təmin edə bilməyən dövlət kimi etibarsızlaşdırmaq;

- Qarabağ müharibəsi bitdikdən sonra sülhməramlıların müvəqqəti yerləşdiyi əraziləri nəzarətsiz zona kimi təqdim etmək;

- Azərbaycanın Ermənistanla həll edilməmiş məsələlər nəticəsində əmələ gəlmiş “nəzarətsiz” ərazilərin mövcudluğu görüntüsünü, Azərbaycanın regionun təhlükəsizliyinə töhfə verməməsi fonunda qabartmaq.

Hava məkanına təhdid yaradan separatçıların avadanlığı haradan aldıqları da sual doğurur, təbii ki, bu məsələdə əsas diqqət Rusiya, İran və Fransa kimi ölkələrin üzərində cəmlənir.

Azərbaycanın haqqı var ki, bütün ölkə üzrə hava məkanının müdafiəsini mərkəzləşmiş idarəetməyə daxil etsin.

Bu baxımdan Azərbaycan sülhün, təhlükəsizliyin, sabitliyin qorunub-saxlanılmasına yönəlmiş tədbirləri çərçivəsində separatçıların əməllərini terrorçuluq kimi qiymətləndirmək hüququna malikdir.

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət etdiyi ərazilərə nisbətdə hava məkanı üzərində tam və müstəsna suverenliyini bərpa etmək üçün lazımi xəbərdarlıqlardan sonra hərbi addımlar atmalıdır.

Beləliklə, Rusiya sülhməramlı kontingentinin tədbir görməməsi Azərbaycana belə bir haqq verir ki, separatçıların hava məkanı üçün təhlükə yaradan mövqelərini, bazalarını legitim hədəf seçərək onu məhv etsin.

Bu, Azərbaycanın hücum və müdafiə siyasətinin hibridindən əmələ gələn çağırışların icrasına söykənir.

Deməli, Azərbaycan ümumi mənzərədəki təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi, siyasi tədbirlər əsasında formalaşan addımlarını ata bilər.

Beynəlxalq aləmdən də Azərbaycana dəstək gəlməlidir, erməniyə qahmar çıxmaq əvəzinə, regional sülh və təhlükəsizliyi sual altına alan, mülki insanlar üçün təhlükə yaradan ünsürlərə qarşı səslər çıxmalıdır.

Başqa vaxt mülki insanların hüquq və təhlükəsizliyi barədə çığıran təşkilatlar ermənilərin mülki təyyarələr üçün təhdidinə susmalı deyillər – hərçənd, lal qalmaq üçün də bir bəhanə tapacaqlar.

Azərbaycan bunu bildiyindən paralel zamanda separatçıların mövqelərinə havadan, qurudan koordinasiya edilən hərbi əməliyyatlara start verə bilər.

Aqşin Kərimov

Xəbər 936 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +