İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.03.2023  16:23 

Azərbaycana qarşı müharibə planı: Kim kimin yanında?





A+  A-

Həm bizimlə anlaşılmazlıqlarını yola qoymaq üçün Moskva və Ankaraya, müəyyən məlumatlara görə, hətta Ər-Riyad və Pekinə minnətçi düşürlər: həm bizə qarşı müharibə ssenarilərini ictimai müzakirəyə çıxarır, həm də bizimlə İrəvan arasında vasitəçilk etmək sevdasına düşür, kağız üstündə iri mürəkkəb ləkəsi olmaqdan başqa bir işə yaramayacaq “sülh plan”ı təklif edirlər.
Müzakirəyə çıxardıqları birinci ssenari. Tehran Bakıya müharibə elan edir.

Qeyd olunur ki, Qarabağda mümkün yeni müharibədə Tehran bütün imkan və vasitələrindən istifadə edəcək, Azərbaycana müharibə elan etməklə yeni münaqişədə Ermənistan ordusunun yanında yer alacaq.

İran silahlı qüvvələrinin Qərbi Zəngəzurun cənubuna yerləşdirilməsi də istisna edilmir.

“Bu ssenari üzrə başqa bir ehtimal İran və Ermənistan arasında hərbi əməkdaşlıq haqqında ikitərəfli sazişin bağlanması olardı ki, İrəvan öz ərazisinin cənub bölgələrinə İran silahlı qüvvələrinin daxil olmasına icazə versin”(“Fararu”).

Söhbət Ermənsitanla İran arasında Şuşa bəyannaməsinə bənzər sazişin imzalanmasından gedir.

Hərçənd etiraf olunur ki, bu ssenarini həyata keçirmək çətindir.

"İranın Bakıya müharibə elan etməsi və münaqişəyə girməsi çoxsaylı oyunçuların cəlb olunacağı genişmiqyaslı müharibə demək olardı... Böyük qlobal böhran da proqnozlaşdırmaq olar... İsrail və anti-İran lobbiləri belə bir ssenarinin ən mühüm dəstəkçiləri olacaq; çünki müharibəyə girmək İrana təzyiqi artırmaq imkanı yaradardı”.

Lakin iranlı strateqlər İrəvanla Bakı arasında mümkün müharibəyə bu şəkildə qoşulmağı düzgün saymırlar. Rusiya, Çin və Qərb də bu ssenari ilə razılaşmayacaq.

Avropa və Amerika Ukrayna müharibəsində iştirak etdikləri üçün, növbəti beynəlxalq böhranı qızışdırmaqda maraqlı deyillər. Ukrayna müharibəsində iştirak etdiyi üçün Rusiya da öz təsir dairəsində olan qonşu regionlarda yeni böhran yaratmaq istəmir.

Bununla yanaşı İran KİV-lərinə görə, “belə bir variantı tamamilə istisna etmək olmaz”....

Cəmaləddin Quliyev

Xəbər 718 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +