İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.01.2023  14:43 

Deputatdan Heydərova: “Məktəbinizdə kasıb təbəqədən olan istedadlı uşaq təhsil alırmı?“





A+  A-

Avropa Azərbaycan məktəbinin qurucusu Tale Heydərov görün nə deyir: "Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur. Heç bir halda! Müəllimin şagirdə qarşı istənilən təzyiqi onun məktəbdən uzaqlaşdırılması ilə nəticələnməlidir. Onun məktəbə, təhsilə verdiyi töhfədən və pedaqoji stajından asılı olmayaraq..."

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev çıxış edib.

E.Əliyev bildirib ki, biz də belə düşünürük:

"Ancaq təhsil haqqı 14 min manat olan məktəbdə də müəllim şagirdi döyür? Belə pullu məktəblərin təsisçilərinə bir sual vermək lazımdır. Məktəbinizdə kasıb təbəqədən olan istedadlı uşaq təhsil alırmı? Bütün dünyada istedadlı uşaqları çıraqla axtarırlar və maddiyyat bu məsələdə rol oynamır. Əsl vətənpərvərlik istedada fərq qoymamaqdır. Və çalışın heç olmasa məktəbinizdə musiqi dərsində uşaqlar mahnıları Ana dilində oxusunlar. Bizə müdrik məsləhətlər vermək əvəzinə bunu edin".

Deputat K.Heydərovun oğlu Taleh Heydərova zəruru xatırlatma da edib:

"ABŞ-ın Yell Unuversitetinin tarixində ən gənc (26 yaşında) professor olmuş, Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və "Türk Eynşteyni” adlandırılan Oqtay Sinanoğlu gözəl deyib: "Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”

Xəbər 654 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +