İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.11.2022  13:16 

Yazıçı Rəşad Dağlıdan yazdı... - Başını divara döyüb ağlayacaq...





A+  A-

Heç nə insan öldürməyə bəraət qazandırmır. Hətta vətən, millət, azadlıq, namus adı ilə də öldrməyin doğru olmadığını düşünürəm. Söyüş üçün öldürmək isə, sadəcə, biabırçılıqdır.

Rəşad Dağlı kimi çox istedadlı birini bu addımı atmağa vadar edən itellektdən uzaqlıq, kitabdan cüda düşmək, müasir mədəniyyətdən bixəbərlikdir. Lakin bu məsələdə onun ətrafının, düşdüyü mühitin də rolu böyükdür.

Rəşad qəzəlxan kimi, şair kimi kütləyə lazım deyildi, ona yalnız düşük meyxanalarla boş qafaları danqıldatmaq üçün pul verirdilər. Bu zəka sahiblərinin kumirinə çevrilmək, yaxud birinciliyi əldə saxlamaq üçün hökmən sözü və yaradıcılığı başlı-bütünlü istisna edən kriminal avtoritet moduna girməlisən.

Rəşad Dağlı da özünü mütləq belə aparmalı, yaxud belə biri olduğuna mütləq inandırmalı idi. Bu da axırı. Qəti şübhə eləmirəm ki,

Məryəmin tərtəmiz olduğnu bir Allahı bilib
Ona çox tənə gəlib Həzrəti-İsayə görə


beytini yazan adam kamerada tək qaldığı vaxt başını divara döyüb ağlayacaq.

Bax, mən o başını divara döyüb ağlayan Rəşad Dağlını birinci özünün, ikinci qəddar ətrafının, üçüncü isə işləməyən Azərbaycan qanunlarının əlindən alıb elə adını zikr etdiyi o Allaha tapşırmaq istəyirəm.

Günahından keçsin və onu qorusun.

Səbəb nə olur-olsun, istedadın qürubu kədərlidir.

Şərif AĞ

Xəbər 693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +