İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.11.2022  11:52 

Boradigah sakinləri icra başçısına müraciət etdi





A+  A-

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini rayonun yeni icra başçısı Araz Əhmədova müraciət edib.

Sakinlər 2019-cu ildə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova Boradigah-Qumbaşı yolunun təmiri ilə bağlı müraciət ediblər.

“Hörmətli Araz müəllim, müraciətimiz aşağıdakı kimi idi:

“Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir.

Amma problem ondadır ki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizi bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova qəti tapşırıq verdiniz. Bu tapşırığınız bizi ruhlandırdı. Sizdən xahiş edirik, bəhs etdiyimiz yolun təmirinə də göstəriş verəsiz.”

Bizim bu müraciətimizə AAYDA-dan mediya vasitəsilə aşağıdakı məzmunda cavab verildi:

“Biz müraciətlə tanışıq. Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur. Buna baxmayaraq, AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb. Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca, həmin layihələr icra olunacaq. Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa, biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik.”

Hörmətli Araz müəllim, müraciətimizin üstündən 2 il ötməsinə baxmayaraq, bu yol hələ də bərbad vəziyyətdədir. Amma Siz rayona icra hakimi təyin ediləndən sonra bütün sahələrdə, o cümlədən, yolların yenidən qurulması istiqamətində böyük layihələrə başlamısız. Sizdən xahiş edirik, Boradigah-Qumbaşı yolu da başlatdığınız böyük abadlıq işlərindən kənarda qalmasın”./Cenub.az

Xəbər 526 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +