İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.07.2022  14:57 

Özəl televiziyaların arxasında duran qüvvələr, adamlar var...





A+  A-

“Zaur Kamalın hərəkətini normal hesab etmirəm, kimisə efirdən qovmaq səlahiyyəti heç kimə verilməyib”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputat bildirib ki, özəl kanallar ailə dəyərlərimizi dağıtmaqla məşğuldurlar:

“Şou verilişidir, böyük bir siyasi qalmaqal deyil. Burada siyasi məqsədlər axtarmaq doğru deyil. Aparıcı böyük bir səhv edib, gərək etməyəydi. Kanalın aparıcı və pul gətirən verilişlərindən biridir. Ona görə bu hadisəyə görə aparıcıya töhmət verilə və yaxud kanalın rəhbərliyi aparıcının adından üzr istəyə bilər. Amma belə şeylərə görə verilişi bağlamazlar. Özəl kanallar Azərbaycanın ailə dəyərlərini dağıtmaqla məşğuldur. Buna Avropa külli miqdarda maya buraxır ki, ölkəmizdə ailə dəyərlərini məhv etsinlər. Hamısında da eyni verilişlərdir. Bütün özəl kanallarda belə hallar var. Özəl televiziyaların arxasında duran adamlar Audiovizual Şurada çalışanlardan daha böyük şəxslərdir. O kanallar özbaşına deyil, onların arxasında duran qüvvələr, adamlar var. Düzdür, maraqlı verilişlər, filmlər də var, lakin elə verilişlər var ki, ailə dəyərlərini məhv edir. Ərindən, yaxud arvadından qaçan, anasını döyən, ərinə xəyanət edən... Bu kimi məsələlərin efirə çıxarılması mənfi bir haldır. Bunların heç biri efir materialı deyil. Xaricdən götürülüb bizim efirlərdə də tətbiq edirlər”.


Xəbər 1169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +