Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


13.04.2022  09:58 

Nağılın gerçəkləşdiyi şəhər - Fotolar





A+  A-

Nağıl niyə nağıldı? Hə, folklor janrıdı, xalq təxəyyülünün məhsuludu, mistik məkanlar və mistik obrazlarla zəngindi və s. Lakin bu amillərin hamısı birlikdə yenə də nağılı nağıl etmək üçün yetərli deyil. Nağıl əsl nağıl olması üçün əsas şərt əlçatmazlıq, ünyetməzlikdir.

Daim nağıl qəhrəmanlarını axtarmaqla keçib uşaqlığımız. Lakin hansı birimiz bu qəhrəmanları real həyatda tapıb, daha nağıl eşitmək istəməmişik? Bəlkə nağıllarda olan mistik yerləri Yer kürəsi boyu axtarmağımızdan bir nəticə hasil olub? Bunların heç biri olmayıb. Və yaxud bu günə qədər olmamışdı. Ta ki Şuşanı görməyincə.

Şuşa nağılı bizim nəsil üçün ağlımız kəsəndən başlayıb və digər nağılların arasında bizi yuxuya vermək üçün danışılıb. Müxtəsər, biz Şuşa nağılı ilə böyüyənlərdən idik. Amma şəxsən mənim ağlıma belə gəlməzdi ki, eşidərkən xəyalımda canlandırdığım "nağılvari şəhər"i nə vaxtsa öz gözlərimlə görəcəyəm. Görsəm də nağıl bitməyəcək və sirri daha da artacaq.

"Şuşa nağılı" ilk olaraq yollarından başladı. Fantastik asfalt örtüyü, başgicəlləndirən dolanbac yollar və sonu görünməyən yüksəklik. Qalxdıqca qalxırsan Şuşaya. Yəqin bu döngədən sonra çatarıq deyə fikirləşdiyin an növbəti dolanbaclar silsiləsi səni heyrətə salır. Nəhayət Şuşaya yaxınlaşırsan və növbəti nağıl sehri: Daşaltı kəndi.



Görəsən, dünyanın harasındasa və ya hansısa nağılında belə bir kənd varmı ki, səması ayağının altında, yeri başının üstündə olsun? Daşaltıdan başqa yoxdu. Sıldırım qayaları başına örtük edib, ucsuz bucaqsız meşələri isə ayağına geyinib. Daşaltıya yoldan baxarkən inanmaq olmur ki, bu kəndin yuxarısında şəhər var. Əslində inanmamaq qəbahət deyil. Çünki nağıla inanmaq da olar, inanmamaq da.

Sonuncu döngə... Daşaltı kəndi gözdən itir... Və əsrarəngiz nağıllar aləmi ŞUŞA... Hər daşından tarix duyulur. Amma bu tarixin real olub-olmadığını düşüncəsi adamı tərk etmir. Eynən nağıllardakı kimi. Nağıllarda sehirli almanın tənbəl oğlanı cəsur etməsi, Məlikməmmədin Divə qalib gəlməsi, Göyçək Fatmanın xoşbəxt sonluğu nə qədər realdırsa, Şuşada da reallıq bir o qədərdir. Məgər sümük əridən, amansız silahların tüğyan etdiyi bir dövrdə çılpaq, sıldırım qayalardan dırmanıb təpədən dırnağa qədər silahlı olan düşməndən yatmış gözəli, yox işğal olunmuş gözəl şəhəri azad etmək və bu gözəlin bir telinə belə zərər yetirməmək nağılvari süjet xətti deyilmi? Əlbəttə, nağıldır.



Amma real nağıl. O nağıl ki, onu reallığa bir xalqın sevgisi, əzmi, mübarizliyi və səbri çevirə bildi.

"Şuşa nağılı"nın sonunda da üç alma düşə bilərdi. Lakin düşmür, çünki bu nağıl hələ bitməyib.

(Davamı var...)

Orxan İsayev

Xəbər 1510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +