İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.09.2021  09:12 

Bu gün “Tokio-2020”də üç idmançımız mübarizə aparacaq





A+  A-

"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir. Paralimpiadanın səkkizinci günündə - sentyabrın 1-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.
XəzərNews.az xəbər verir ki, yarış günündə idmançılarımızdan 1-i atletika və digər 2-si isə üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Atletimiz Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında iştirak edəcək.

Təmsilçilərimiz Dana Şandıbina və Vəli İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında mübarizə aparacaqlar.

Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Hazırda Azərbaycan medal qazanan 80 ölkə arasında 10-cu pillədə yer alıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Xəbər 2036 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +