Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


28.11.2020  20:08 

Donbasdakı son durum açıqlandı





A+  A-

Ötən gün ərzində - 27 noyabrda Rusiyanın silahlı birləşmələri atəşkəs razılaşmalarını altı dəfə pozub. Ukrayna hərbçilərinin şəxsi heyəti arasında itki və ya yaralanan yoxdur.
XəzərNews.az xəbər verir ki, bunu Ukrayna Birgə Qüvvələrin Qərargahı açıqlayıb.

Qeyd olunub ki, xüsusilə Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında qarşı tərəf lüləaltı qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan atəş açıb. Vodyanoe yaşayış məntəqəsi tərəfdə yaraqlılar iriçaplı pulemyotdan və Opıtnı yaşayış məntəqəsinin yanındakı ərazidə tank əleyhinə əl qumbaraatandan istifadə edib.

Bundan başqa, vilayətin Şumı yaşayış məntəqəsi yaxınlığında separatçı qüvvələr lüləaltı qumbaraatan və atıcı silahdan istifadə edərək 2 dəfə təxribata əl atıblar. Bildirilib ki, Katerinovka yaxınlığında qarşı tərəf müxtəlif sistemli qumbaraatanlardan və atıcı silahlardan atəş açıb.

Vurğulanıb ki, Ukrayna hərbçiləri düşmənin hədəflənməmiş atəşinə cavab verməyiblər.

Məlumata görə, sutkanın əvvəlindən yaraqlılar Vodyanoy ətrafında atəşkəs rejimini pozub. Qarşı tərəf atıcı silahlar, müxtəlif sistemli qumbaraatanlar, 120 mm və 82 mm çaplı minaatanlardan istifadə ediblər.

Qeyd edək ki, ötən gün Ukranya silahlı qüvvələrinin işğal altında olan bəzi məntəqələri azad etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.

Xəbər 1908 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +