Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


25.04.2020  12:10 

Sahibkarlara kreditlərlə bağlı bu güzəştlər ediləcək





A+  A-

Pandemiyadan birbaşa təsirlənmiş sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi prosesi həyata keçiriləcək.
XəzərNews.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlər planında məlumat verilib.

• 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməsi;

• 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının (Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaitləri hesabına verilmiş kreditlərin fondların razılığı əsasında (fondların müvafiq normativ sənədlərinə düzəliş edilməklə) 30 sentyabr 2020-ci ilədərestrukturizasiya olunması və bu haldaborcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi;

• Kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin 30 sentyabr 2020-ci il tarixinədək hesablanmaması və tutulmamasının banklara tövsiyə edilməsi;

• 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək kredit bürosuna xüsusi qeydlə təqdim olunması (borcalanın kredit tarıxçəsinin pisləşdirilməməsi).

Xəbər 1485 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +