İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.03.2019  08:46 

Azərbaycanda 800-ə yaxın yeni şəxs adı lüğətə salınacaq





A+  A-

Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması üçün işlər aparılır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavininin sözlərinə görə, bu gün Azərbaycanda şəxs adlarının siyahısına yenidən baxılaraq təkmilləşdirilməsinə ehtiyac var.

S.Sadıqova əlavə edib ki, hələ 2014-cü ildə şəxs adlarının izahlı lüğətinin təkmilləşdirilmiş nəşrinə 7500-ə yaxın ad daxil edilmişdi. Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi 1700-ə yaxın şəxs adı isə siyahıdan çıxarılmışdı.

Artıq həmin adların qoyulmasına icazə verilmədiyini deyən S.Sadıqova hesab edir ki, Azərbaycan xalqı yarandığı dövrdən etibarən mövcud olan adlar sistemi qorunub saxlanılmalıdır:

“Adlar sistemi hər bir xalqın milli mentalitetini əks etdirir. Bizim əsas məqsədimiz o mentaliteti qoruyub saxlamaqdır. Ona görə də uşaqlara ad qoyularkən və ya dəyişdirilərkən xalqımız üçün yad olan, gülüş doğuran adlardan istifadə edilməməlidir”.

O, şəxs adları ilə bağlı valideynlərin maarifləndirilməsini vacib hesab edir:

“Məsələn, bir gənc atasının adından utandığından onun dəyişdirilməsi üçün müraciət etmişdi. Atasının adı Saqqal idi. Başqa bir nəfər müraciət edib ki, uşağa Nailə Münəvvər adı qoyulsun və istəyir ki, hər iki ad ayrı-ayrılıqda yazılsın. Ancaq bizdə bu mümkün deyil. Buna görə də valideynlər hələ körpə ikən uşaqlarına elə adlar qoymalıdırlar ki, onlar böyüdükdən sonra adı dəyişdirməyə məcbur olmasınlar”.

Müstəqillik illərində Azərbaycanda yeni adların yarandığını deyən S.Sadıqova siyahı ilə bağlı yeni nəşrin hazırlanması üçün işlərin aparıldığını, lüğətin ilkin variantına dilimizə təzə daxil olan 800-ə yaxın şəxs adının əlavə edildiyini də söyləyib.

Xəbər 951 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +