“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.01.2019  15:52 

Günay Brilliantla Röyaya söz atdı





A+  A-

Müğənni Günay İbrahimli MTV kanalında yayımlanan “3 canlı” proqramına qonaq olub.
XəzərNews.az xəbər verir ki, verilişin formatı dəyişdirilərək kanalın rəhbəri, sənətçi Rəhim Rəhimli anidən studiyaya daxil olub. O, proqramın aparıcıları Tofiq Hacıyev və Səbinə Qafarovanı yola salaraq verilişi özü aparacağını qeyd edib.

Günay efirdə maraqlı açıqlamaları ilə yadda qalıb. Sənətçi bir müddət əvvəl xalq artisti Brilliant Dadaşovanın müzakirələrə səbəb olan paylaşımına münasibət bildirib:

“Tədbirlərin birində səhnəyə çıxmışdıq. Hər il ənənəvi keçirilən konsert idi. Səhəri gün xəbər saytlarında oxudum ki, Brilliant Dadaşova instaqram səhifəsində foto paylaşıb və tək mənim yox, Aygün Kazımovanın da üzünü örtüb. Əslində çox gözəl addım atıb, bizim üzümüzü bayraqla bağlayıb. Bizi daha da ucaldıb. Çox gəşəng bir hərəkət edib”.

Günay daha sonra Rəhim Rəhimlinin “Aygün Kazımova, yoxsa Röya Ayxanı bəyənirsən?” sualına maraqlı cavab verib:

“Aygün Kazımovanı çox sevirəm. Röyanın səsini və iddiasını bəyənirəm. Amma ilkləri Aygün xanımda görmüşəm. Özümü tanıyandan Aygün Kazımovanı çox bəyənmişəm.Bu sevgi davam edir”.

Xəbər 1237 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +