İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.02.2018  08:41 

Azərbaycanda naməlum varlıqlar görüntüləndi - VİDEO





A+  A-

Şabranda mağazaya quraşdırılan təhlükəsizlik kamerasına dövrə vuran naməlum işıq düşüb.
XəzərNews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, kamera görüntüsünə baxan mağaza sahibi əvvəlcə içəri oğruların daxil olduğunu zənn edib. Ancaq görüntülərə tam baxdıqdan sonra bunun oğrular yox, hərəkətdə olan naməlum işıq olduğunu görüb.

Mağaza sahibi Məzahir Məmmədov deyir ki, hər gün axşam və səhər saatlarında evindən mağazada quraşdırılan təhlükəsizlik kamerası ilə içəridə oğurluq olub-olmamasına baxırmış. Elə bu hadisə də səhər saatlarında kamera görüntülərinə baxan zaman baş verib. Bundan sonra dərhal mağazaya gedən Məzahir Məmmədov içəri daxil olduqda orada naməlum işığın yox olduğunun şahidi olub. Məzahir Məmmədovun oğlu isə iddia edir ki, bu işıq yox, hansısa varlığın görüntüsüdür.

Hadisə şahidlərinin sözlərinə görə, görüntülərdə mağazada bir müddət dövrə vuran naməlum işıq bir neçə dəqiqədən sonra pəncərə tərəfdən yoxa çıxır.

Bəs görüntülərə düşən naməlum işıq nədir? Bunu hansısa naməlum varlıqla əlaqələndirmək olarmı?

Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov bildirir ki, videogörüntülərdəki naməlum işığın hansısa varlıq olmasından söhbət belə gedə bilməz. Çünki bunun dində və elmdə heç bir fəlsəfi izahı yoxdur.


Xəbər 1176 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +