İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.02.2018  10:14 

BTQ dəmiryolunda sərnişinlər nə vaxtdan daşınacaq? - AÇIQLAMA





A+  A-

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün bütün lazımi işlər görülməkdədir.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova deyib ki, ilk sərnişinlərin Bakı-Tibilisi-Qars dəmir yolu ilə daşınması vaxtı mart ayında bəlli olacaq:

“Hazırda Qarsda havanın temperaturu çox aşağıdır. Yəni səfərin qış aylarında təşkili əlverişsizdir. Böyük ehtimalla ilin birinci yarısından sonra dəqiq vaxt açıqlanacaq”.

Qurum rəsmisi deyib ki, hər şey dəqiqləşəndə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov daha ətraflı məlumat verəcək.

Qeyd edək ki, qurumun bundan əvvəlki açıqlamasınada Bakı-Tibilisi-Qars dəmir yolu qatarının ilk sərnişinlərinin jurnalistlər olacağı açıqlanıb.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da işə salınıb.

Xəbər 862 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +