Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


28.11.2017  10:18 

Stress dəri xəstəliyini, dəri xəstəliyi də stresi yaradır





A+  A-

Gündəlik həyatımızda - işdə, evdə, fərqli ictimai yerlərdə - istəyimizdən asılı olmayaraq üzləşdiyimiz problemlər bizim əsəb sistemimizi qeyri-ixtiyari olaraq tarıma çəkir və nəticədə “qazandığımız” gərgin stress vücudumuzda öz mənfi təsirini uzun müddət saxlaya bilir.
Təbii olaraq bu da bir çox xəstəliklərə zəmin yaradır. Bədənimizin ən böyük əzası hesab edilən dəri örtüyü daha həssas olduğundan stresə reaksiyası da adekvatdır. Bu səbəbdən də dəri xəstəlikləri stresin səbəb olduğu narahatlıqlar siyahısında ön sıralarda özünə yer tutub. Ümumiyyətlə, stress dəri problemlərini daha qabarıq şəkildə və qısa bir zaman kəsiyində meydana çıxarır. Xəstəliyə yoluxanların bir çoxu bu faktı inkar etməyə çalışsa da, bu, danılmaz həqiqətdir.
Burada maraqlı bir nüansı nəzərdən qaçırmaq olmaz. Əgər, dəri xəstəliklərinin meydana gəlməsində stresin “xidməti” nə qədər böyükdürsə və bu xəstəliklərin bir qisimi birbaşa streslə ortaya çıxırsa, bir qisimi də məhz stresin hərəkətə gətirməsi nəticəsində meydana gəlir. Unutmayaq ki, bu kimi dəri xəstəlikləri dərinin hər nahiyəsinə təsir edə və davamlı ola bilər. Demək, dəri xəstəliklərinin yaranmasında stresin səbəb-nəticə qanunauyğunluğunu açıq şəkildə müşahidə edə bilərik. Yəni, stress dəri xəstəliyini yaratdığı kimi, dəri xəstəliyi də stresi yaradır.
Adına "psorias" deyilən və xalq arasında daha çox (pullu) dəmirov xəstəliyi olaraq tanınan problem birbaşa streslə bağlı olan dəri xəstəlikləri içində daha çox yayılanıdır. Ölkəmizdə çox geniş yayılmış dermotoloji xəstəlik olan dəmirov istənilən zamanda və hər bir yaş dövründə çağırılmamış qonaq kimi bədən “qapımızı” döyə və vücudumuzun istənilən nahiyəsinə öz möhürünü vura bilər. Əslində, bu xəstəliyə “çağırış vərəqini” verən də əksər hallarda elə özümüz oluruq – birbaşa sinir sistemimizi nəzarət altında saxlaya bilməyəndə bu, daha qaçılmaz olur. Göründüyü kimi, stress bu xəstəlikdə çox əhəmiyyətli bir rol oynayır. Bu xəstəliyə tutulan şəxslər cəmiyyətin yoluxucu olduğunu düşünməsi və göstərdiyi reaksiya səbəbindən psixoloji problemlərlə də üzləşə bilər.
Xəstəliyin əsas əlamətləri – gicişmə, göynəmə, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. hesab olunur. Nəticədə ləkə, köpüşük, düyüncük, qabıq, suluq, xora və s. törənə bilər. Əksər dermatoloqlar dəmirovun növünə görə keçici olmadığını desələr də, bəziləri bu xəstəliyin təmasla keçə biləcəyi iddiasındadırlar. Məhz, bu ayrı fikirlilikdən insanlar arasında da dəmrovlu xəstələrə qorxu ilə baxma, yaxınlaşmama və s. bu kimi reaksiyalar da az olmur. Təbii ki, bu sayaq yanaşma və fərqləndirmə məqbul sayıla bilməz. Bu, hər şeydən öncə xəstəliyə yoluxmuş insanların birbaşa olaraq psixoloji durumuna olduqca mənfi təsir göstərir, sağalma nisbətini minimuma endirir. Burada həssas yanaşma, dəqiq müayinə və müalicə daha böyük önəm kəsb edir. Zamanında müalicə olunmadıqda və ya səhv müalicə xəstəliyin əhatə dairəsinin genişlənməsinə çərait yaradır. Müalicənin müvəffəqiyyətli ola bilməsi üçün hər şeydən əvvəl “alt qatda” yatan psixoloji problemin qısa zaman kəsiyində ortadan qaldırılması ilkin şərt kimi vacib hesab olunur. Dəri problemləri üçün isə xaricdən (dərinin üst təbəqəsindən) tətbiq oluna biləcək dərmanlar istifadə edilməlidir. Səhv bir müalicə və ya səhv istifadə edilən dərmanlayar xəstəliyi çox yaygınlaşdırmaqla böyük fəsadlar doğura bilər.
Xalq arasında dəmirov ən dəhşətli xəstəliklərdən biri kimi tanınır. Ümumiyyətlə, bütün növ dəri xəstəliyini əksər insanlar dəmirov olaraq qəbul edirlər, bu hər nə qədər düzgün yanaşma olmasa belə. Amma gəlin unutmayaq ki, mütləq şəkildə heç bir fərd bu xəstəlikdən sığortalanmayıb. Dünya alimləri bu qənaətdədirlər ki, bəşər övladının yüz faizinin orqanizmində bu xəstəliyin virusları mövcuddur. Bu mövcudluq da iki qismə ayrılır: aktiv olan və olmayan. Zamanında aşkarlanarsa və düzgün müalicə üsulu seçilərsə, sağalması mümkün olan bu xəstəliyə bu qədər ağırlaşdırığı epitetlər vurmaq da düzgün hesab oluna bilməz. Təəssüflər olsun ki, dermatoloqların dəmrov diaqnozundan sonra əksər xəstələr, hətta, depressiyaya qədər gedib çıxır. Istər xəstəliyin yayılma prosesindən xəbərsiz olanlar, istərsə də xəbərdar olub “özünü müalicə üsulu”nu seçənlər bir həqiqəti unutmamalıdırlar ki, dəmirovla effektiv müalicə ilk siqnalı alanda, yəni xəstəliyin ilkin əlaməti seziləndə həkimə müraciət etmək lazımdır. Bunun əksinin elə əks nəticələri də olur: xəstəlik dərini zədələməklə yanaşı, ən pis halda bütün bədənə yayılır və xəstə uzunmüddətli müalicə prosesini ağrılarla başa vurmağa məcbur olur. Ona görə də nəzərdən qaçırmaq olmaz ki, müalicə almayan insanlar sonradan dəmrovun daha ağrılı fəsadları ilə qarşılaşa bilərlər. İstənilən halda dəri xəstəliklərini özbaşına buraxmaq və ona məsuliyyətsiz yanaşmaq olduqca təhlükəlidir. Bədənin geyimi sayılan dərini bütün hallarda qorumaq, qayğısına qalmaq hər birimizin üzərinə düşən vacib öhdəliklərdən biri hesab olunmalıdır. Bu, həmçinin digər gələcək xəstəliklərdən də sığortalamaq deməkdir. Məhz, buna görə də xəstəlik vaxtında dermatoloqlar tərəfindən qiymətləndirilməli və müalicəyə başlanılmalıdır.


Zaur Nuriyev
Resp. Dəri-Zöhrəvi Dispanserinin həkim-dermovenereloqu



Xəbər 6834 dəfə oxunub.




09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +