“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.10.2017  12:16 

“Qürurum milyonlardan üstündür” - Məleykə Ramizi bağışlamadı





A+  A-

Xalq artisti Məleykə Əsədova ötən gün həmkarı Ramiz Məlikin ondan üzr istəməsinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, aktrisa “5/5” verilişinə telefonla bağlanaraq aktyoru bağışlamayacağını söyləyib:

“Özümdən böyüklərə hörmətlə yanaşıram. Hər şeyi bağışlayaram, amma anama, qüruruma, qızıma əl uzadanı ömrüm boyu bağışlamaram. Qürurum milyonlardan üstündür. Hətta sənətimdən belə.

Vəkilim var, bu işlərlə məşğul olur. Heç kəsin qarşısında əyilmirəm, bircə Allahdan başqa! Valideynlərimin ruhuna xələl gətizdirmərəm. Hamı bilir ki, anam necə bir qadın olub. Bu söhbət qurtardı, onu bağışlamayacam”.

Qeyd edək ki, insident R. Məlikin xalq artistinin geyimi ilə bağlı “facebook”da şərh yazması ilə başlayıb. Daha sonra xalq artisti Məleykə Əsədovanın ailəsini təhqir edib, onun valideyləri barədə qeyri-etik ifadələr işlədib.

Aktrisa məhkəməyə müraciət edəcəyi barədə instaqramda paylaşım edib, Ramiz Məlik isə bəyanat yayaraq ondan üzr istəyib.

Xəbər 1375 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +