Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


19.08.2017  14:19 

Bakıda 350 sürücü cərimələnib





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi məqsədi ilə təşkil olunan reydlər davam etdirilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-dən bildirilib ki, paytaxt ərazisində keçirilən sonuncu reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, avtoxuliqanlıq edərək başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan “Mersedes” markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum edib.

Reyd zamanı digər bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanılıb. “Lexsus” markalı bu avtomobilin sahibi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib edilib. Həmçinin polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyən edilib. Belə sürücülərdən biri Xətai rayonu ərazisində polisə tabe olmayaraq idarə etdiyi “Daewoo” markalı avtomobillə qaçmağa cəhd etsə də görülən tədbirlər nəticəsində o saxlanılıb. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili spirtli içki qəbul edərək idarə etdiyi məlum olub. Sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün tibb məntəqəsinə aparılsa da, o müayinə olunmaqdan da imtina edib.

Reyd zamanı sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanılıb. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum olub. Barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görülüb. Ümumilikdə reyd zamanı 350-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib, 70 avtomobil isə mühafizə olunan müvəqqəti cərimə dayanacağına yerləşdirilib.

Bakı Şəhər DYPİ əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.

Xəbər 955 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +