“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


13.05.2017  10:48 

İslamiadada atıcılıq, cüdo, karate yarışları BAŞLADI





A+  A-

Bu gün Bakı Atıcılıq Mərkəzində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atıcılıq yarışlarına start verilib.
XəzərNews.az-ın məlumatına görə, mayın 17-dək davam edəcək yarışların ilk günündə kişilər və qadınlar arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş, kişilərin və qadınların səngər stendi, 25 metrdən tapança ilə atəşaçma yarışları keçirilir.

Kişilər arasında 25 metrdən tapançadan mərkəzə atış yarışının təsnifat mərhələsində Azərbaycanı Ruslan Lunev təmsil edir.

Azərbaycan idmançılarından Şəfəq Əmrahova və Aydan Camalova isə qadınlar arasında səngər stendi yarışının təsnifat mərhələsində mübarizə aparırlar.

Kişilər arasında 10 metrdən pnevmatik tüfəngi ilə atəş açmaq yarışının təsnifat mərhələsində Azərbaycanı Əli Məcidli təmsil edir.

Cüdo üzrə yarışlara da start verilib.

Cüdo yarışlarında ölkəmizi kişilər arasında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov təmsil edəcəklər.

Qadınlar arasında isə ölkəmizi Aişə Qurbanlı, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova təmsil edəcəklər.

Karate üzrə yarışlara start verilib.

Karate yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək. Karate yarışları Bakı İdman Zalında keçirilir.

IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev təmsil edəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər 1378 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +