Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.02.2024  21:54 

Şəmkir rayonunda atışma olub, yaralanan var





A+  A-

Şəmkir rayonunda atışma baş verib.

Şəmkir rayonunun Şiştəpə kəndinin Babək adlı sakini və ona yaxın olan şəxslər əvvəllər aralarında ədavət olan həmkəndlisi Zabil Aslanovu avtomat silahdan atəş açaraq güllələyib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya rayondakı mənbələr bildirib.

Xəbərə görə, atışma rayonun məşhur Şiştəpə kəndinin sakinləri arasında baş verib.

6-7 güllə yarası alan Zabil Aslanov ağır yaralı halda Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu deyilir.

Cinayətlə bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2 maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxslər həbs edilib.

Məlumat redaksiyamıza indi daxil olduğundan polisin və prokurorluğun mövqeyini öyrənə bilmədik.

Xəbər 425 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +