İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.07.2023  10:44 

Ordumuz təlimlərə başladı - Video





A+  A-

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən komanda-qərargah təlimi keçirilib.

Bu barədə XəzərNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb.

Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim döyüşə hazırolma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə bölmələr atəş və start mövqeləri tutduqdan sonra ərazidə maskalanma və mühafizə tədbirlərini yerinə yetiriblər.

Təlim zamanı səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilib.

İdarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil radioqovşaqlardan qərargahlararası məlumatlar mübadiləsinin yüksək keyfiyyətlə yerinə yetirilməsi təmin edilib.

Aviasiya bölmələrinin təlimə hazırlıq məruzələri dinlənildikdən sonra Mİ-17 nəqliyyat-döyüş helikopterlərindən yer hədəflərinə müxtəlif döyüş manevrləri ilə hücum məşq etdirilib.

Təlimə cəlb edilmiş hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonununda fəaliyyət göstərən hava düşməninin zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar icra edilib.

Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Ordu aviasiyası praktiki uçuşlarla hava düşmənini təqlid edib.

Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.

Alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya və minaatan bölmələri şərti düşmən hədəflərini aşkar edərək sərrast atəşlə məhv edib.

Təlimdə döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə və komandirlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə nail olunub.



Xəbər 488 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +