Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


23.06.2023  18:07 

“Rasimin ailəsi də açıqlama verib ki, Əvəzə pul verməmişəm“





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əvəz Zeynallı ifadə verib.

O bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır və sifarişlidir: "Mən Elçin Sadıqovdan başqa heç kəsi tanımıram. Rasim Məmmədovu ümumiyyətlə görməmişəm. Ona qarşı heç vaxt hədə-qorxu gəlməmişəm, barəsində təhqiredici məlumatlar yaymamışam. Yalnız Rasimlə bağlı digər mətbuat orqanlarında gedən yazıları yutub kanalımda səsləndirmişəm. Elçin Sadıqov bir neçə dəfə dedi ki, hər ikinizin vəkiliyəm, möhlət ver, hazırda Rasim həbsdədir. Onunla oturub söhbət etmişəm. Pul alınmağı ilə bağlı isə söhbətimiz olmayıb.

Görüşümüzdən sonra Eynulla Fətullayev səs yazısını yaydı. Sonra məlum oldu ki, mən guya ondan 20 min manat pul almışam. Elçin də təsdiqləyib ki, belə bir hal olmayıb. Hətta Rasimin ailəsi də açıqlama verib ki, Əvəzə pul verməmişəm. Lakin Elçin həbs ediləndən sonra söyləyib ki, guya mən onun vasitəsilə Rasimin ailəsindən pul alıb. Elçin məhkəməyə gələndə bu məsələlər aydınlaşacaq".

Əvəz Zeynallı Elnur Şükürovla bağlı epizodda isə deyib ki, ona heç bir tapşırıq verməyib, heç kəsdən pul almayıb.

Xatırladaq ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb./Pravda

Xəbər 1201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +