İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.11.2022  09:36 

Həkimi intihara məcbur edən İbrahim Teymurov kimdir?





A+  A-

Təxminən iki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, Criminal.az-ın əldə etdiyi məlumata görə, rayonun Xolmilli kəndindən olan M.Bağırov ehtimallara görə ölümündən bir neçə dəqiqə əvvəl yazıb və sonra özünə məxsus yarımtikiliyə gedərək özünü asıb.

M.Bağırovun üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyətdən tutumuş, onu ölümə vadar edən şəxsin adına kimi hər şeyi qeyd edib.

M.Bağırov məktubunda qeyd edib: “Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980.000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pullarını mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Məni ölümə İbrahim vadar etdi. Axırda məni ‘bandotdel’ ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”.

Məktubda həmçinin ailə üzvlərinə vəsiyyətini edib, sonda isə intiharına görə anasından üzr istəyib.

Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib.

Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

M.Bağırov 2022-ci il avqustun 21-də “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla Lənkəran rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.

Məsələ ilə bağlı mərhumun ailəsi istintaq davam etdiyindən açıqlama vermək istəmir.

Xəbər 687 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +