Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


14.07.2022  23:41 

Daha bir gömrük generalının həbs xəbəri yayıldı





A+  A-

Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun həbs xəbəri yayılıb.

XəzərNews.az xəbər verir ki, onun xüsusi əməliyyat nəticəsində saxlanıldığı bildirilir.

İqtisadçı ekspert Natiq Cəfərli də öz feysbuk statusunda Gömrük Komitəsinin daha bir generalının həbs xəbərini paylaşıb: "Mən belə başa düşürəm ki, İlham Əliyev komitəni bu üsulla ləğv etmək istəyir. Gömrük Komitəsinin ayrıca, müstəqil qurum kimi olması məntiqlizlikdir, səlahiyyətlərinin böyük bir qismi ləğv edilməli, İqtisadiyyat Nazirliyinin (və ya Maliyyə Nazirliyinin) nəznində kiçik bir departamentə çevrilməlidir... "

1997-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan M.Rəsulov 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub.

9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.

2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və hal-hazırda Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Rəsulovun həbs xəbərini ilk öncə gundelik-baku.com saytı yayıb.

Xəbər 1254 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +