İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.03.2022  20:22 

“Orduda qohum-əqrəba şəbəkəsi dağıdılmalıdır“ - Əliməmməd Nuriyev





A+  A-

"Müdafiə Nazirliyində DTX-nın keçirdiyi antikorrupsiya əməliyyatı və həbslər davam edir. Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından və dərin kök salmasından xəbər verir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib.

Ə.Nuriyev bildirib ki, bu korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir:

"Bu prosesi yalnız alaq etməklə yekunlaşdımaq, prosesi yarımçıq saxlamaq Müzəffər Ordumuza, böyük zərbə olardı. İndiyə qədər ictimaiyyət üçün açıqlanan məlumatların təhlili göstərir ki, bu korrupsiya şəbəkəsi yalnız Orduya ayrılmış maliyyə vəsaitini mənimsəməklə məşğul olmurmuş, həmçinin istisna deyil ki, xarici qüvvələrə xidmət etməklə, bilə-bilə Silahlı Qüvvələrimizin döyüş potensialını aşağı salmağı da məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, Orduda korrupsiya halları ilə bağlı araşdırma daha geniş miqyası əhatə etməli və müvafiq rəhbər şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır. Həmçinin, biz Nazirliyin tibb xidməti ilə bağlı da şikayətlər alırıq. Bu sahəyə də diqqət yetirilməlidir. Daha vacib məsələlərdən bir də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır. Nazirliyin rəhbər şəxslərinin yaxın qohumlarının korrupsiya riski yüksək olan sahələrdə vəzifəyə gətirilməsi korrupsiya üçün mübit şərait yaradır. Bütün bu tədbirlərlə yanaşı müdafiə sektoruna parlament və ictimai nəzarətin gücləndirilməsi üzərində düşünmək zəruridir. Azərbaycan bu sahədə beynəlxalq reytinqlərdə geri qalır və ölkəmizi bu tənqidlərdən qorumaq üçün müvafiq addımlar atılmalıdır".

Xəbər 1325 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +