Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


26.12.2021  17:14 

Mərkəzi Bankı yuxudan necə ayıldaq?





A+  A-

İllərdir çağırış edirik. Elektron valyuta bazarındakı gedişatı analiz edərək bu prosesdən geri qaldığımıza dair narahatlığımızı bölüşürük.

Artıq qardaş Türkiyədə də kriptovalyuta haqqında qanun layihəsi hazırlanıb və bu günlərdə Parlamentə təqdim olunacaq. Vəssalam, bütün dünya qəbul edir ki, kağız pulların - ənənəvi ödəniş vasitələrinin dövrü bitir!

Bu gün-sabah plastik kartlar da heç kəsə lazım olmayacaq. Smartfon idarə edəcək həyatımızı! Bizim Mərkəzi Bank isə hələ də real hərəkətə keçmək istəmir. Hər dəfə eşitdiyimiz ancaq bu olur ki, komissiya, işçi qrup yaradılıb.

Hanı bəs bu komissiyanın işi?

Hansı araşdırmalar aparılıb?

Hansı layihələr hazırlanıb?

Kimlər cəlb olunub bu komissiya və qrupların işinə?..

İllər əvvəl unikal pilot layihə hazırladıq. Kriptovalyuta, Blokçeyn texnologiyası üzrə dərin biliklərə malik olan peşəkar bank mütəxəssisi Sabit Fətizadənin rəhbərliyi ilə dünyada ilk milli eıektron pul layihəsi olan Azcoin-i ərsəyə gətirdik. Bu işə həm yerli, həm də xarici mütəxəssislər cəlb olundu, mütəşəkkil komanda formalaşdırıldı.

Dedik buyurun, biz hazırladıq Mərkəzi Bank sahib dursun və prosesi özünün uyğun bildiiyi və Dövlətin maraqlarına cavab verən qaydada yekunlaşdırsın. Hətta onu da dedik ki, apardığımız araşdırmaların, bütün hesablamaların nəticəsini, ümumiyyətlə, əlmizdə nə varsa, hamısını Mərkəzi Banka təhvil verməyə hazırıq.

Olmadı!

Mərkəzi Bank klassik yanaşmalardan uzaq dura bilmədi...

Dedik ki, fürsətdir, gəlin bu prosesin aparıcı ölkələrindən biri olaq. Geciksək, başqalarının arxasınca sürünəcəyik. Budur, o aqibətə yaxınıq, öncüllərdən olmaq şansı qaçırılıb artıq! Mərkəzi Bankın komissiyalarından, işçi qruplarından hələ də səs çıxmır. Belə görürəm ki, o komissiyalarda təmsil olunanlar kompitent adamlar deyil deyə, nə baş verdiyini müəyyənləşdirə bilmirlər. Dövlətimiz 5-ci nəsil silahlarla müasir dövrün müharibəsini də apardı, bizim banklarımız hələ də primitiv istehlak kreditləri üzərində baş sındırır, faktiki olaraq sələmçiliklə məşğul olurlar... Hara qədər? Nə vaxta qədər?

Əziz Mərkəzi Bankımız, bəlkə bu işi bilənləri dinləyəsiz? Bəlkə onların bu işə faydası dəydi? Onsuz da gecikmişik. Barı başqalarının arxasınca sürünməyək, yeriyə-yeriyə gedək. Bunu mümkün edə biləcək adamlar var. Siz qapınızı açın, heç olmasa gəlib qulağınıza pıçıldasınlar...

Nicat Dağlar

Xəbər 2281 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +