İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.12.2021  11:15 

Eldar Əzizovdan yeni təyinatlar





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kommunal Xidmətlər Müəssisəsinə yeni direktor təyin edib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə müxtəlif pozuntularda adı hallanan Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Ramsin Abdullayev Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru təyin olunub.

İcra başçısının digər əmri ilə Səbail bələdiyyəsinin sabiq sədri, 71 saylı Masallı kənd seçki dairəsindən depuatlığa namizəd olmuş Firdovsi İbadulla oğlu Cəbrayılov Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.

Qeyd edək ki, Kommunal Xidmətlər Müəssisəsinin sabiq direktoru Hüseynov İlqar Sarı oğlu bir müddət əvvəl Eldar Əzizovun kürəkəni, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin müavini təyin olunmuşdu.

Xəbər 1168 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +