İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.12.2021  11:07 

Azərbaycanlı Rusiyanı təmsil edə bilər





A+  A-

18 yaşlı Diana Ankudinovanın İtaliyada keçiriləcək “Avroviziya-2022”də Rusiyanı təmsil etmək üçün şansı böyükdür.

XəzərNews.az olay-a istinadən xəbər verir ki, bu barədə “Super.ru” portalı məlumat yayıb. Qeyd olunur ki, , bu yaxınlarda birinci yeri qazandığı Showmaskgowan layihəsinin prodüserləri məhz bu gənc müğənniyə dəstək olur.

Bildirilir ki, Diana güclü səsə və qeyri-adi aşağı tembrə malikdir ki, bu da onun Avropa tamaşaçıları tərəfindən yadda qalmasına kömək edə bilər.



Məlum olub ki, NTV kanalının əsas əyləncə layihələrinin yaradıcısı və istedadlı müğənnini uzun müddət dəstəkləyən Timur Vaynşteyn Ankudinovanın namizədliyi ilə xüsusilə maraqlanır.

Yeri gəlmişkən, bu il Eurovision-un əsas namizədi Diana Ankudinova yarı azərbaycanlıdır və məktəbdə onun xarici görünüşünə görə dəfələrlə təhqirə məruz qalıb və bu Da tamaşaçıların ötən ilki təmsilçi Manijaya qarşı edilən irqi ayrı-seçkilikin təkrarlanması ilə bağlı xüsusi qorxu yaradır.



Diana hazırda Moskvada yaşayır. O, ilk dəfə beynəlxalq “Çin Gənc Sənətçilər Müsabiqəsi”ndən tanınıb.

Daha sonra isə Rusiyanın 1-ci kanalında keçirilən “Uşaqların Səsi-4” televiziya layihəsinin iştirakçısı olub. 2017-ci ildə Diana estrada janrında oxumaq üzrə gənclər arasında qızıl medala, MDB ölkələri arasında isə xüsusi diplom layiq görülüb.

2018-ci ildə isə Rusiyanın NTV kanalında yayımlanan “Sən Supersən!” televiziya vokal layihəsində qalib olub.



Diana Ankudinovanın atası azərbaycanlı Ceyhun Ankudinovadır. Diananın bioqrafiyasında bildirilir ki, o, 2003-cü il 31 mayda Prinoraki Territyasında anadan olub. Onun atası Ceyhun həbsxanaya düşüb. Anası Olqa isə içki alüdəçisi olub. Diana 3 yaşında olarkən anası onu avtobus dayanacağında qoyub gedib.

Diananın dediyinə görə, anası çox içir, onu döyürdü.

Xalası tərəfindən prokurorluğa şikayətdən sonra qəyyumluq idarəsi kiçik qızı ailəsindən alaraq, onu Ussuriskdəki körpələr evinə verir. Daha sonra Diana aldığı psixoloji travmalara görə reabilitasiya olunmaq üçün sanatoriyaya göndərilir. Burada masajçı işləyən İrina Ponik onu övladlığa götürür. Diana adı himayədarı İrina tərəfindən qoyulub.



Xəbər 1138 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +