İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.10.2021  09:30 

İran nə islam dövləti, nə də qonşu olaraq ləyaqətli davranmadı





A+  A-

İran nə islam dövləti, nə də qonşu olaraq ləyaqətli davranmadı, hər zaman yalançı, ikiüzlü siyasət sərgilədi.

İslamın ilk şərti haqqın yanında dayanmaq, haqqı müdafiə etməkdir. Adını islam respublkası qoyan birnin işğal, təcavüzü törədən, minlərlə qocanı, uşağı, qadını amansızcasına qətlə yetirən dövləti dəstəkləməsi İslam prinsiplərinə zddir.

İşğalçı, qatil Ermənistana dəstək verməsi göstərir ki, İranın ya İslam prinsiplərindən xəbəri yoxdur, ya da bu prinsipləri bilərəkdən, öz mənfəəti naminə ayaqlayır. Başqa müsəlman dövlətlərinin Qarabağ mövzusuna münasibəti ortadadır, müqayisə aparaq:

Azərbaycan ərazisi işğal altında olduğu dövrdə əksə müsəlman ölkələr Azərbaycana dəstək verdilər, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmadılar.Bundan əlavə, Türkiyə Ermənistanla sərhədlərini bağlı saxladı;

Pakistan BMT Təhlükəsizlik Şurasında mövqeyindən istifadə edib işğalçı Ermənistan əleyhinə qətnamələr qəbul etdirdi. Cibuti, mötəbər tədbirlərdə Azərbaycan məsələsi müzakirə ediləndə, Azərbaycanın nəfinə səs verdi. Bütün bunları həm müsəlmanlıq, qardaşlı həmrəyliyi, həm də haqqın müdafiəsi prinsipilə etdilər. İran nə etdi? Barmaq qatlayıb bir kəlmə deyə bilirlərmi? Ermənistan rəhbərlərinin dediyi kimi: "Ermənistan üçün nəfəslik rolunu oynadı". İndi müharibə bitib, işğal aradan qaldırılıb, haqq öz yerini tutub. Amma İran bununla barışmaq istəmir.

İran son 30 ildə Azərbaycan və Ermənistan sərhəddində niyə təlimlər keçirtmirdi? İndi keçirilən təlimlərin məqsədi nədir və kimə qarşıdır? Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə barmaq silkələmirdi, təlimlər keçirtmirdi? Müharibə dövründə İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınırdı. Budurmu müsəlmanlıq, haqqın yanında olmaq?

Müşfiq Ələsgərli

Xəbər 1488 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +