“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.08.2021  11:43 

Dünyada daşqınların sayı artacaq





A+  A-

Son 20 ildə daşqınlardan zərər çəkmiş insanların sayı 24% artıb.
XəzərNews.az “Nature” jurnalına istinadən xəbər verir ki, bu göstərici alimlərin proqnozlarından 10 dəfə çoxdur.

Jurnal yazır ki, “Cloud to Street” şirkətinin mütəxəssisləri yeni araşdırma həyata keçirib. Araşdırma zamanı peyklə izləmənin nəticələrinə əsasən, daşqın riski yüksək olan bölgələrdə əhalinin artması bu ərazilərin iqtisadi inkişafı ilə əlaqədardır.

Vurğulanır ki, 2000-ci ildən 2018-ci ilə qədər daşqınlar bütün dünya üzrə 2,23 milyon kvadrat metr ərazini öz təsiri altına alıb. Bunun da nəticəsində 290 milyona yaxın insan zərər görüb.

Həmçinin, daşqınların 90%-i Cənubi və Cənub-Şərqi Asiyada, xüsusilə də Hind, Qanq-Brahmaputra və Mekonq kimi iri çaylarda baş verir. Həmçinin, Latın Amerikasının cənub hissəsində, Yaxın Şərqdə və Saharadan cənubda yerləşən Afrika ölkələrində də daşqın zonalarının artması müşahidə edilir.

"Cloud to Street" şirkəti belə hesab edir ki, 2030-cu ilə qədər iqlim və demoqrafik dəyişikliklər səbəbindən daşqınlar daha 25 ölkənin əhalisini öz təsirinə məruz qoyacaq.

Xəbər 1628 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +