“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


02.08.2021  15:05 

Türkiyədə beş gündür itkin düşən qız vəhşicəsinə öldürülüb





A+  A-

Antalyada 5 gündür itkin düşmüş hesab edilən 21 yaşlı Azra Gülendam Haytaoğlunun cəsədi tapılıb.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, itkin düşməzdən əvvəl jurnalistika fakültəsinin tələbəsi olan A.Haytaoğlu koronavirus infeksiyasına yoluxduğunu öyrənib.

Bacısının təkidlərinə baxmayaraq, o, şəxsiyyət vəsiqəsini evdə qoyaraq evi tərk edib. Gənc qız daha sonradan telefonda bacısına bir kafedə başqa bir koronaviruslu xəstə ilə söhbət etdiyini və həmin gün onunla qalacağını deyib.

Bundan sonra onunla bir daha əlaqə yaratmaq mümkün olmayıb.

Haytaoğlunun atası qızının tapılması üçün polisə müraciət edib və polis həyata keçirdiyi əməliyyat nəticəsində gənc qızın ən son telefonla inşaat mühəndisi və əmlak satışı üzrə ofisin sahibi Mustafa Murat Ayhanla danışdığını təyin edib.

Aparılan araşdırmalar nəticəsində M. Ayhanın Azranı öldürdüyü məlum olub. O, dindirilmə zamanı cinayəti törətdiyini etiraf edib.

Məlum olub ki, M. Ayhan Azraya təcavüz etdikdən sonra onu boğaraq öldürüb. Mustafa daha sonrada gənc qızın cəsədini hamam otağında 5 hissəyə bölüb, çamadana yığaraq meşəyə daşıyıb və orada basdırıb.

Polislər Azranın başı və sol baldır sümüyünün hələ axtarıldığını qeyd edib.

Xəbər 1499 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +