“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.04.2021  09:05 

Bu ölkədə icmalararası toqquşmalarda 100-dən çox insan ölüb





A+  A-

Efiopiyanın şimal-şərqində Afar və Somali ştatlarının sərhədində artıq beş gündür davam edən icmalararası toqquşmalarda 100-dən çox insan həlak olub.
Bu barədə XəzərNews.az “Reuters” agentliyinə istinadən xəbər verir.

Afar ştatının polis rəisinin müavini Əhməd Xumedin sözlərinə görə, toqquşmalar ötən cümə günü başlayıb və bu günədək davam edir.

Somalinin “Garowe” portalı yazır ki, toqquşmalar Sitti (Şinile) ərazisində baş verir. Orada yaşayan icmalar son iki onillik ərzində torpaq, otlaq və su resurslarından istifadə hüquqları üstündə mübahisə edir.

Qeyd edək ki, Efiopiya Demokratik Respublikası doqquz ştatdan və ya etnik əsasda yaradılmış bölgələrdən və iki meqapolisdən (Əddis-Əbəbə və Dıre-Daua) ibarətdir. Ölkə əhalisinin sayı 104 milyon nəfərə çatır.



Xəbər 1193 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +